MORFOSTRUKTUR XƏRİTƏ

M.x.: a) qədim tektonik elementləri; b) müasir morfostrukturları formalaşdıran, tektonikanı; c) ən iri relyef formaları və tiplərini; ç) morfostrukturların tarixinin əsas mərhələlərini; d) əvvəlki morfostrukturların irsilik tipini; e) yeni tektonik hərəkətlərin amplitudunu; ə) tektonik hərəkətlərin kinematik elementlərini; f) örtük kövrək çöküntülərin səciyyəvi qalınlıqlarını, g) təcrübi məsələlərin həlli üçün mühüm elementləri xarakterizə etməlidir (Piotrovskiy, 1966). морфоструктурная карта morphostructural map
MORFOSKULPTURA
MORFOSTRUKTUR QOVŞAQ
OBASTAN VİKİ
Morfostruktur
Morfostruktur- Əmələ gəlməsində əsas etibarilə endogen qüvvələrin rol oynadığı materiklərin və okean dibinin böyük relyef forması. Məsələn; sualtı sıra dağlar, okean çökəklikləri və s.
Xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Həlqəvi morfostruktur
Həlqəvi morfostruktur (rus. морфоструктура кольцевая, ing. ring morphostructure) — relyefin morfogenetik tipləri və struktur elementlərinin qanunauyğun konsentrik birliyi olub, qədim vulkanik-plutonik həlqəvi strukturların seçmə denudasiyanın və neotektonik hərəkətlərin təzahür xüsusiyyətləri ilə əlaqədar olaraq formalaşır.
Coğrafi xəritə
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. == Etimologiyası == Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. == Təsnifatı == Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Geokimyəvi xəritə
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Geoloji xəritə
Geoloji xəritə - hər hansı bir sahənin geoloji quruluşunun topoqrafik xəritədə qrafik təsviri. Belə xəritələrdə şərti işarələrlə Yer səthinə çıxan müxtəlif geoloji yaşlı çökmə, püskürmə və metamorfik süxurlar, qırılma pozulmaları göstərilir. Maqmatik süxurlar tərkib və yaşına görə ayrılır. Geoloji xəritə miqyaslarına görə icmal (1:1000000-dan kiçik), kiçik (1:1000000 və 1:500000), orta (1:200000 və 1:100000), böyükmiqyaslı və ya mükəmməl (1:50000) və daha böyükmiqyaslı olur. İcmal geoloji xəritələr böyük əraziləri, qitə və bütün Yer kürəsi, digər xəritələr isə ayrı-ayrı region və rayonlar üçün tərtib edilir. == Həmçinin bax == Topoqrafik xəritə == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Google Xəritə
Google Xəritələr (ing. Google Maps; keçmiş Google Local) veb xəritə tətbiqetməsidir, Google tərəfindən hazırlanır, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder, Google Transit) və üçüncü tərəfə Google Maps API-lərindən istifadə etməklə xəritələri digər veb-səhifələrdə yerləşdirmək imkanı verir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.. Google Maps-in peyk xəritələri dərhal yenilənmir, onların adətən bir neçə ay, bəzən isə bir neçə il yaşı olur.
Miqyas (Xəritə)
Miqyas — Yer səthinin kartoqrafik təsvirlərdə neçə dəfə kiçildildiyini göstərən kəsr ədədi. Sadə miqyas: Onun bütün şəkli 1 N 1000 {\displaystyle 1 \over N1000} belədir. Metrik sistemdən istifadə edən ölkələrdə işlənir və 1 mm xəritə üzərində,N metr yer üzərinə bərabərdir kimi göstərilir. Örnək: 1 25000 {\displaystyle 1 \over 25000} yəni 1mm xəritədə bərabərdir 25m yerdə. Mürəkkəb miqyas ABŞ və İngiltərə kimi metrik sistemdən istifadə etməyən ölkələrdə işlənir. Örnək: 2 i n 5 M i {\displaystyle 2in \over 5Mi} yəni 2inç xəritədə bərabərdir 5mil yerdə. Xətti miqyas Bərabər hissələrə bölünmüş zolaq şəklində qrafik şkala. Çox böyük miqyaslı xəritələr Miqyasları 1 500 {\displaystyle 1 \over 500} və 1 100 {\displaystyle 1 \over 100} arasında dəyişilir, bu miqyasda xəritələrə plan deyilir. Böyük miqyaslı xəritələr Miqyası 1 10000 {\displaystyle 1 \over 10000} və 1 500 {\displaystyle 1 \over 500} arasında dəyişilir. Bu xəritələrə mühəndis planı deyilir.
Paleogeomorfoloji xəritə
Paleogeomorfoloji xəritə (rus. палеогеоморфологическая карта, ing. palaeogeomorphological map) — geoloji keçmişdə mövcud olmuş relyefi əks etdirən geomorfoloji xəritə.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. Meteorologiyanın bölməsi olub hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Topoqrafik xəritə
Topoqrafik xəritə — iri miqyasda tərtib olunan coğrafi xəritə. Xəritə vərəqində kartoqrafik təsvirin, əlavə məlumatların və başqa elementlərin yığcam şəkildə yerləşdirilməsinə xəritənin kompanovkası deyilir. Obyektlər topoqrafik xəritələrdə aşağıdakı kimi müxtəlif rənglərlə və işarələrlə təsvir olunur: Su obyektləri – hidroqrafik obyektlər (göllər, su anbarları, sahil xətləri, çaylar, kanallar, bulaqlar və s.) mavi rənglə; Bitki örtüyü yaşıl rənglə (hətta meşənin çeşidi (qurumuş, cavan və s.) tərkibi (enli iynəyarpaq) şərti işarələrlə, meşədə üstünlük təşkil edən ağacların adı isə ixtisarla verilir); Qrunt işarələri topoqrafik xəritələrdə bataqlığın, şoranlığın və qumluqların şərti işarələri ilə göstərilir. Yaşayış məntəqələri - şəhər, qəsəbə, kəndlər daimi və müvəqqəti yaşayış yerlərinə bölünməklə təsvir olunur. Yollar və rabitə vasitələri topoqrafik xəritələrdə xətti və miqyassız şərti işarələrlə təsvir olunur. Relyef horizontallarla təsvir olunur. Məzmunu, müfəssəlliyi və həndəsi baxımdan yüksək dəqiqliyi ilə fərqlənir. Topoqrafik xəritə icmal topoqrafik, xüsusi (həqiqi) topoqrafik və topoqrafik planlara bölünür: Kiçik miqyaslı topoqrafik xəritə - 1:1000000, 1:500000, ikinci qrupa 1:200000, 1:100000 Orta miqyaslı topoqrafik xəritə1:500000, 1:25000 İrimiqyaslı Topoqrafik xəritə 1:10000, 1:5000 həm də bu xəritələr 1:2000, 1:1000, 1:500 miqyaslı xəritələr aid edilir. Topoqrafik xəritənin coğrafi məzmununa bütün təbii və sosial iqtisadi obyektlər daxildir. Bütün obyektlər qəbul edilmiş şərti işarələrlə göstərilir.
Xəritə (İnformatika)
Xəritə (ing.map, ru.карта)- 1. Obyektin strukturunun təsviri. Məsələn, yaddaş xəritəsi obyektlərin yaddaşda yerləşməsini (düzülüşünü) göstərir, simvol xəritəsi isə proqramda simvolun adları ilə proqramda yaddaş ünvanları arasında assosiasiyaları sadalayır. 2. Bir obyektin və ya qiymətin başqasına çevrilməsi. Məsələn, kompüter qrafikasında xəritə üçölçülü obyektin müstəvidə və ya ikiölçülü görüntünün sfera üzərində təsvirini göstərə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ekogeoloji xəritə (ekogeologiya)
Ekogeologiya — geoloji elmlərin litosferin ekoloji funksiyalarını, biotun, xüsusilə insanın həyat fəaliyyəti ilə əlaqədar olaraq təbii və texnogen amillərin təsiri altında onların formalaşması və zaman-məkan dəyişmələrinin qanunauyğunluqlarını öyrənən yeni istiqaməti. Nəzəri baxımdan ekoloji geologiya predmeti bütün komponentləri ilə birlikdə litosferdir; praktiki baxımdan isə sonuncunun əsasən təbii və texnogen təsir zonasını əhatə edən səthəyaxın (litosferin üst horizontları) hissəsidir. V.T.Trofimov və D.Q. Zilingə (1999) görə, ekoloji geologiya üç tip məsələni (morfoloji, retrospektiv və proqnoz) tədqiq edir. Morfoloji məsələlər analiz edilən sistemin tərkibini, halını və xassələrini, bütövlükdə onun ekogeoloji mühiti ilə bağlı olan aspektləri əhatə edir. Retrospektiv məsələlər keçmişə yönəlməklə tədqiqat obyektinin formalaşma tarixini, onun müasir keyfiyyətinin formalaşmasının öyrənilməsi (bərpası) ilə məşğul olur. Proqnoz məsələləri müxtəlif təbii və texnogen mənşəli səbəblərin təsiri altında tədqiq olunan sistemin davranışı və inkişaf tendensiyası ilə bağlıdır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Yapon xəritə simvolları
Bu Yapon xəritə simvollarının siyahısıdır. Bu simvollar Yapon dilində chizukigou (地図記号) adlanır.
Yapon xəritə simvollarının siyahısı
Bu Yapon xəritə simvollarının siyahısıdır. Bu simvollar Yapon dilində chizukigou (地図記号) adlanır.